Uşaqlar bizim
Gələcəyimizdir

Prioritetimiz şagirdlərimizə yüksək keyfiyyətli bilik verməkdir

Haqqımızda

2020-ci ildən etibarən təhsil sahəsində fəaliyyət göstərən Kiddo Academy peşəkar və təcrübəli müəllim heyəti ilə şagirdlərin akademik və şəxsi inkişafına töhfə verən müasir təhsil mərkəzidir. Mərkəzin əsas məqsədi keyfiyyətli tədris, innovativ yanaşma və hər bir şagirdə fərdi yanaşma prinsipi əsasında uğurlu nəticələr əldə etməkdir.

Kiddo Academy fəaliyyətə başladığı ilk dövrlərdə əyani şəkildə lisey və ibtidai sinif hazırlığı istiqamətində fəaliyyət göstərmiş, daha sonra müasir təhsil tələblərinə uyğun olaraq online tədris sistemini də uğurla tətbiq etmişdir. Hazırda mərkəzdə lisey hazırlığı, ibtidai sinif hazırlığı, abituriyent hazırlığı və xarici dil tədrisi üzrə peşəkar proqramlar həyata keçirilir.

Mərkəzin əsas üstünlüklərindən biri yüksək ixtisaslı müəllim heyəti və keyfiyyətə nəzarət sistemidir. Tədris prosesi boyunca şagirdlərin inkişafı mütəmadi şəkildə izlənilir, valideynlərlə daimi əlaqə saxlanılır və hər bir şagirdin ehtiyacına uyğun fərdi yanaşma tətbiq olunur. Bu yanaşma şagirdlərin həm akademik nəticələrinin, həm də motivasiyalarının yüksəlməsinə mühüm təsir göstərir.

Kiddo Academy Azərbaycanda online xarici dil tədrisini inkişaf etdirən qabaqcıl təhsil mərkəzlərindən biridir. Mərkəz beynəlxalq təcrübəyə malik müəllimlərlə əməkdaşlıq edərək şagirdlərə daha effektiv və praktik dil öyrənmə imkanı yaradır. Bu gün mərkəzin müxtəlif yaş qruplarından olan çoxsaylı uğurlu və sertifikatlı tələbələri mövcuddur.

Kiddo Academy fəaliyyət göstərdiyi müddət ərzində keyfiyyət, etibar və nəticə prinsiplərini əsas tutaraq valideyn və şagird məmnuniyyətini daim ön planda saxlamışdır. Xüsusilə lisey hazırlığı istiqamətində əldə olunan yüksək nəticələr mərkəzin əsas uğurlarından hesab olunur. Tədris proqramları sayəsində müxtəlif bilik səviyyəsinə malik şagirdlər qısa müddətdə inkişaf edərək nüfuzlu liseylərə qəbul olmaq imkanı qazanırlar.

Müasir tədris metodları, peşəkar komanda və davamlı inkişaf strategiyası ilə Kiddo Academy gələcəyin uğurlu və savadlı nəslinin formalaşmasına töhfə verməyə davam edir.

Tələbələr

Kurslar

Tədbirlər

Müəllimlər

Fərqimiz

Bizi niyə seçməlisiniz

Niyə biz?

Ona görə ki, .....

Şagirdlərin bilik səviyyəsinə uyğun fərdi yanaşma göstərən ixtisaslı müəllimlərimiz yüksək nəticələrin əldə olunmasına dəstək olur.

Hər bir şagirdin inkişafı xüsusi olaraq izlənilir, zəif və güclü tərəfləri analiz edilərək uyğun tədris proqramı tətbiq olunur.

Şagirdin inkişafı barədə valideynlər mütəmadi məlumatlandırılır və tədris prosesi birlikdə izlənilir.

Müasir təhsil standartlarına uyğun proqram və interaktiv dərs üsulları ilə tədris prosesi daha effektiv və maraqlı keçirilir .

Maraqlı

Hər kəs uşaqların nəyisə çətin öyrəndiyini hesab edir. Amma bu tam əksinədir. Uşaqlara düzgün yanaşaraq onlarda dərsə lazım olan marağı oyatmaq lazımdır. O zaman uşaqların böyüklərdən daha rahat öyrəndiyini görə bilərsiniz.

Əyləncəli

Uşaqların dərsdə yatdığı barədə şikayətlər də çox eşidiləndir. Amma bilməyənlər bilsin.. peşəkar müəllimlər dərsə biraz əyləncə qatdıqda uşaqlar böyüklərdən daha aktiv olurlar.

İnteraktiv

Uşaq dərsə çox həvəssizdir cümləsi də çox eşidilir. Burada vizual metodlardan, interaktiv dərslik və vəsaitlərdən istifadə edərək uşağı daha həvəsli etmək olar. Bu zaman onun böyük potensialı üzə çıxmağa başlayır

Komandamız

Müəllimlər

Günay Şərifova

Kursun rəhbəri və Lisey hazırlığı üzrə Baş müəllim

2020-ci ildə Kiddo Academy-ni təsis etmişdir. Ümumilikdə 10 ildən çoxdur Lisey tələbəsi olmaq istəyən şagirdlərin arzusunu gərçəkləşdirməklərinə kömək edir. Xaricdə təhsil almışdır və kurs idarəçiliyi üzrə beynəlxalq təcrübəyə malikdir.

Şükufə Şükürlü

Azərbaycan dili və ədəbiyyat müəllimi

7 illik iş təcrübəsinə malik müəllim. Karyerası dövründə yüzlərlə tələbə hazırlamışdır. Hazırladığı tələbələr yüksək nəticələri ilə fərqlənmişdir.

Ülkər Sadıqova

Tarix müəllimi

5 ildən çox iş təcrübəsinə malik peşəkar müəllim. Tarix öyrətməyin ən rahat üsulu tələbərə tarixi sevdirməkdir deyən Ülkər xanımın hazırladığı tələbələr həmişə imtahan və müsabiqələrdə yüksək nəticələri ilə fərqlənmişlər.

Nərmin Abdulhəmidova

Lisey və İbtidai sinif hazırlığı üzrə müəllim

Kiddo Academy təsis olunduqdan sonra ilk müəllimlərdəndir. İndiyə qədər 10-larla Lisey tələbəsi adı qazanan tələbə yetişdirib. Hal-hazırda Online bölmədə Baş müəllim kimi fəaliyyət göstərir

Çox verilən suallar

Tez-tez verilən suallar

Dərslərimizə qoşulmaq üçün qeyd olunan əlaqə telefonları ilə zəng və ya whatsapp vasitəsilə əlaqə saxlaya və ya instagram hesabımıza öz əlaqə telefonunuzu qeyd etməklə qoşula bilərsiniz.

Hər şagirdə fərdi yanaşılır. Onun biliyi ilə yanaşı psixo-emosional vəziyyəti araşdırılır. Ondan sonra ona uyğun dərs qrafiki təklif olunur. Online bölmədə isə şagird əlavə olaraq ödənişsiz sınaq dərsinə qoşulur. Sınaq dərsinin müddəti 15-25 dəqiqə müəyyən edilmişdir.

Kiddo Academy həmişə keyfiyyətə üstünlük verdiyi üçün, dərslərdə şagird sayı həmişə normativdən az olur.

Müəllimlər bu sahədə ən azı 5 il iş təcrübəsinə malik, müvafiq sahə üzrə bakalavr və magistr təhsili olan, həmçinin müxtəlif beynəlxalq sertifikatlara malik müəllimlərdir.