Xarici dillər
Xarici dil bilmədən bu dövrdə irəli getmək çətindir. Kiddo Academy-də dili sıfırdan öyrən, qısa zamanda sərbəst danış və yeni imkanların qapısını aç. Vaxt itirmədən-indi başlayın.
Aylıq dərs sayı
8-25 dərs
Həftəlik dərs sayı
2-5
Qrupda uşaq sayı
Maksimum 3-5 nəfər
Bir dərsin müddəti
1-1,5 saat
Bir fənnin qiyməti
Qiymət hər fən və paketlər üzrə dəyişkəndir. Menecerimizlə əlaqə saxlamağınız tövsiyyə olunur
İngilis dili
İngilis dili dünyada 1,5 milyarddan çox insan tərəfindən danışılır və 70-dən artıq ölkədə aktiv istifadə olunur. Bu dili bilmək sənə yalnız ünsiyyət deyil, beynəlxalq təhsil, yüksək maaşlı iş və qlobal biznes imkanlarının qapısını açır.
İngilis dili ilə dünya ilə əlaqə qurur, fərqli ölkələrdən insanlarla işləyir və özünü sərhədsiz inkişaf etdirə bilərsən - bu isə səni digərlərindən bir addım öndə edir
Kursumuzda İngilis dili həm Online, həm də Əyani, böyüklər və məktəblilər üçün tədris olunur. Online və Əyani menecerlərimizlə əlaqə saxlamaqla cari tədris paketləri barədə məlumat əldə edə bilərsiniz
Rus dili
Rus dili dünyada 250 milyondan çox insan tərəfindən danışılır və MDB ölkələri başda olmaqla geniş coğrafiyada istifadə olunur.
Rus dili bilmək sənə regionda təhsil, iş və biznes imkanlarına daha rahat çıxış yaradır. Rus dili ilə sən yalnız bir dili yox, böyük bir bazarı və geniş əlaqələr şəbəkəsini əldə edirsən - bu isə karyeranda ciddi üstünlük sayılır.
Kursumuzda Rus dili həm Online, həm Əyani, böyüklər və məktəblilər üçün tədris olunur.Online və Əyani menecerlərimizlə əlaqə saxlamaqla cari tədris paketləri barədə məlumat əldə edə bilərsiniz
Xarici müəllimlərlə İngilis dilində conversation
Xarici müəllimlərlə conversation şagirdlərin dili real mühitdə istifadə etmə bacarığını inkişaf etdirir. Dərslər zamanı tələbələr canlı ünsiyyət qurur, düzgün tələffüz və sərbəst danışıq vərdişləri formalaşdırır.
Bu yanaşma dili yalnız öyrənmək deyil, onu rahat və inamla istifadə etməyə imkan yaradır - nəticədə şagirdlər qısa zamanda danışmağa başlayır və özlərini sərbəst ifadə edir.
Xarici müəllimlərlə Pre-IELTS
Pre-IELTS hazırlığı şagirdlərin İngilis dili səviyyəsini mərhələli şəkildə yüksəldərək onları IELTS imtahanına tam hazır vəziyyətə gətirmək məqsədi daşıyır. Bu mərhələdə qrammatika, söz ehtiyatı və əsas dil bacarıqları sistemli şəkildə inkişaf etdirilir.
Dərslər dinləmə, oxu, yazı və danışıq üzrə balanslı şəkildə qurulur, şagirdlər imtahan formatına uyğun tapşırıqlarla işləyərək praktiki təcrübə qazanır. Bu proqram IELTS-ə başlamazdan əvvəl möhkəm təməl formalaşdırır və yüksək nəticə üçün əsas yaradır.