İbtidai sinif hazırlığı haqqında

Dəyərli valideynlər!

Əgər Siz də öz övladınızın peşəkarlardan təhsil almasını istəyirsinizsə doğru ünvandasınız. Bu sahədə təcrübəli müəllimlərdən ibarət komandamız Sizin övladınıza ibtidai sinif dərslərini vaxtlı vaxtında, sürətli şəkildə həll etməkdə kömək edəcək, onların qabiliyyətlərini inkişaf etdirəcəkdir.

Aylıq dərs sayı

12 dərs

Həftəlik dərs sayı

5

Qrupda uşaq sayı

Maksimum 3 nəfər

Bir dərsin müddəti

1 saat

Bir fənnin qiyməti

40 manat

İbtidai siniflər üçün AZƏRBAYCAN DİLİ

Azərbaycan dili uşaqların nitqinin, təfəkkürünün, söz bazasının təməl nöqtəsidir.

Azərbaycan dili dərslərimizdə uşaqların sürətli oxuması, dərk edib izah etmə qabiliyyəti, şifahi nitqi inkişaf etdirilir və qrammatikanın tam mənimsənilməsi həyata keçirilir

İbtidai siniflər üçün RİYAZİYYAT

Riyaziyyat fənni Elmin açarıdır.

Riyaziyyat dərslərimizdə uşaqlara misal və məsələlərin həlli ən qısa və sadə üsullarla izah olunur. Əsas diqqət uşağın Riyaziyyat fənnini mənimsəməsi, onun məktəbdə öz sinif yoldaşları arasında seçilməsi, həmçinin müxtəlif yarış, müsabiqə və olimpiadalarda Riyaziyyat fənnindən daha yüksək bal toplamasına yönəlir. Dərs prosesi zamanı nəinki oxuduğu sinif üzrə, hətta daha yüksək səviyyədə riyazi məsələlər ona asan şəkildə izah olunur.

İbtidai siniflər üçün MƏNTİQ

Ərəb sözü olub hərfən zəka, ağıl, fikir, anlayış, qanunauyğunluq, nitq mühakimə anlamlarına gələn Məntiq elmi

Bu gün hər bir sahədə ən çox tələb olunan biliklər sırasında birinci yeri məntiq tutur. Çünki məntiq elmi uşağın ağılının, zəkasının, fikrinin düzgün strukturda olmasına xidmət edir. Məntiqi gücü olan uşaqlar bütün sahələrdə inkişafa meyilli olurlar. Uşağın məntiq biliklərinin düzgün inkişaf etdirilməsində pedaqoqun böyük rolu vardır. Yalnız düzgün seçilmiş proqram üzrə keçirilən dərslər uşağın beyninin lazımi səviyyədə inkişaf etməsinə gətirib çıxarır. Bu sahədə peşəkar olan mütəxəssislərimizin yetişdirdikləri uşaqlar ölkəmizdə keçirilən müsabiqələrdə öz yüksək yerlərini tuta bilirlər. Hazırlaşdırdığımız uşaqlar rahatlıqa lisey imtahanlarında yüksək bal toplayırlar.